RU

Cənubi Koreya Ukraynanın əsir götürdüyü KXDR əsgərlərini GERİ ALMAQ İSTƏYİR

Cənubi Koreya Ukrayna tərəfindən əsir götürülən KXDR əsgərlərini geri almaq istəyir.

İnterpress.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb. Bu sözləri Cənubi Koreya Xarici İşlər Nazirliyinin sözçüsü Li Çje Vun Ukrayna prezidenti Volodimir Zelenskinin Kursk vilayətində əsir götürülən iki Şimali Koreya əsgəri ilə bağlı sözlərini şərh edərkən deyib.

“Şimali Koreya əsgərləri konstitusiyaya görə bizim vətəndaşlarımız olduğundan, (hökumət) onların Cənubi Koreyaya ekstradisiyasını xahiş etsələr, Ukrayna ilə danışıqlar aparmağı planlaşdırır”, – sözçü bildirib.

Cənubi Koreya Konstitusiyasına görə, bütün Koreya yarımadası onun ərazisi hesab olunur, Şimali Koreyalılar isə onun vətəndaşları kimi tanınır.

Xarici İşlər Nazirliyinin məlumatına görə, indiyədək əsir düşən Şimali Koreya əsgərlərindən heç biri Cənubi Koreyaya getmək arzusunu bildirməyib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
19
interpress.az

1Источники