Qırğızıstan xarici vətəndaşlar üçün ölkəyə giriş qaydalarını sadələşdirib
Qırğızıstan viza siyasətində dəyişikliklər edib.Ölkədə turist və biznes də daxil olmaqla, bir neçə kateqoriya üzrə viza sistemi ləğv edilib və sadələşdirilmiş "Sapar vizası” sistemi tətbiq edilib.Bu barədə Qırğızıstan XİN-in mətbuat xidməti məlumat yayıb.
Yeni viza elektron viza portalı vasitəsilə 24 saat ərzində veriləcək və bir və ya çox girişlə ölkədə 90 günə qədər qalmağa imkan verəcək.Qaydalar Qırğızıstana şəxsi məqsədlərlə gələn turistlər, iş adamları və xarici vətəndaşlar üçün nəzərdə tutulub.
Dəyişikliklər 2025-ci il yanvarın 22-dən qüvvəyə minəcək.