Bakı. Trend:
Çinin Ticarət Nazirliyi Tayvana silah satışı ilə bağlı ABŞ-ınyeddi şirkətini etibarsız müəssisələr siyahısına əlavə edib.
Trend xəbər verirki, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.
“Çinin kəskin etirazlarına baxmayaraq, yeddi Amerika şirkətiTayvana silah satışında iştirak edib, hərbi-texniki əməkdaşlığıdavam etdirib və bununla da Çinin suverenliyinə, təhlükəsizliyinəvə inkişaf maraqlarına ciddi ziyan vurub”, – deyə nazirliyinaçıqlamasında qeyd olunub.
Sanksiya siyahısına daxil edilən şirkətlər arasında“Inter-Coastal Electronics”, “System Studies & Simulation”,“IronMountain Solutions”, “Applied Technologies Group”, “Axient”,“Anduril Industries” və “Maritime Tactical Systems” yer alır.