RU

Göyçayda seldən qəzalı vəziyyətə düşən ev TƏHLÜKƏDƏ VİDEO

Evin divarlarında çatlar əmələ gəlib, bəzi hissəsi uçub… Dam örtüyünün hər an düşmə təhlükəsi var…

Xezerxeber.az xəbər verir ki, Göyçayın Bığır kəndində yaşayan Nüşabə Qafurovanın evi ötən ilin avqust ayında dağlardan gələn sel zamanı qəzalı vəziyyətə düşüb. Evin bünövrəsi ciddi şəkildə zərər görüb, içindəki əşyalar isə sıradan çıxıb.

Hazırda Nüşabə Qafurova azyaşlı qızı ilə tək yaşayır. Dediklərinə görə, kənd icra nümayəndəliyinə və rayon icra hakimiyyətinə, eləcə də digər aidiyyəti qurumlara da məsələ barədə məlumat verilib, müraciət edilib. Hətta yerindəcə evə baxış keçirilib, müəyyən hesablamar götürülüb.

Məsələ ilə bağlı rayon Fövqəladə Hallar Komissiyasından “Xəzər Xəbər”ə bildirildi ki, subasma hadisəsi ilə bağlı süzgedən tikiliyə baxış keçirilib və vəziyyətlə bağlı Fövqəladə Hallar Naziliyinə məlumat verilib.

Həmin tikili sığorta edilmədiyi üçün indiki halda oraya hansısa kömək göstərilməsi də mümkün deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
6
xezerxeber.az

1Источники