RU

Ötən il Çində rekord sayda avtomobil istehsal olunub

Dünyanın ən böyük avtomobil bazarı olan Çində ötən il 31,282 milyon ədəd avtomobil istehsal olunub.

Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, ötənilki istehsal 2023-cü illə müqayisədə 3,7 faiz çox olmaqla yanaşı, həm də Çin tarixində yeni rekorddur.

2024-cü ildə Çində avtomobil satışı 4,5 faiz çoxalaraq, 31,436 milyon ədədə, ixracı isə 19,3 faiz artaraq 5,859 milyona çatıb. Assosiasiya Çinin avtomobil sənayesinin 2024-cü il üçün gözləntiləri üstələdiyini, ümumi satış, habelə elektromobil və hibrid avtomobil istehsalı, satışı və ixracının proqnozları üstələdiyini açıqlayıb.

Hesabat dövründə Çində elektromobil və hibrid avtomobillər istehsalı 12 milyondan çox, pərakəndə satışı isə 11 milyona yaxın olub. İstehsal və satış təxminən 35 faiz artıb. Ölkədə ekoloji təmiz avtomobil satışı ilk dəfə ümumi satışın 40 faizini təşkil edib.

ABŞ, Avropa İttifaqı daxil olmaqla bəzi dövlətlərin Çin istehsalı olan elektromobil və hibrid avtomobillərə əlavə gömrük rüsumları tətbiq etməyə başlamasına baxmayaraq, hesabat ilində Çindən xaricə bu növ avtomobil ixracı 24,3 faiz artaraq 1,29 milyon ədədə çatıb.

Qeyd edək ki, ardıcıl 16 ildir avtomobil istehsalı və satışı çoxalan Çin dünyanın ən böyük avtomobil bazarıdır. Diqqətçəkən məqamlardan biri isə Çinin avtomobil istehsalında və satışında yerli brendlərin payının çoxalmasıdır. Artıq Çin bazarında yerli brendlərin payı 65 faizə çatıb. Çin həm də ardıcıl 10 ildir elektrik avtomobillərin istehsalında və satışında dünya lideridir. Ötən il dünya üzrə elektrik avtomobil satışının yarıdan çoxu Çində olub. Ölkədə elektrik avtomobil satışlarının üçdəbirindən çoxu BYD modellərinin payına düşüb ki, bu da onu ən çox satılan elektrik avtomobil markasına çevirib.

Избранный
2
4
avtosfer.az

5Источники