İstanbulda taksi sürücüsü müştərilərini sərxoş edərək və ya dərmanla yatırdaraq təcavüz etdiyi, videolarını çəkərək yaydığı üçün həbs edilib.
Bakupost.az CNN Türk-ə istinadən xəbər verir ki, həmin şəxs polisə verdiyi ifadəsində "Görüntüləri 7-8 ay əvvəl boşanmaq istəyən həyat yoldaşımı qısqandırmaq üçün çəkmişəm. Heç kimə derman vermədim, təcavüz etmədim. Müştəri həmin vaxt yatmışdı" deyib.
O bildirib ki, taksidə huşsuz vəziyyətdə olan qadın sərxoş olduğu üçün yatıb:
“Evinə çatanda onu oyatmazdan əvvəl görüntüləri çəkdim. Qadını tanımıram. Yalnız yatdığı zaman boynuna yüngülcə toxunaraq video çəkdim".
Polisin apardığı araşdırma zamanı 28 yaşlı şübhəlinin 4 ay əvvəl taksi sürücülüyündən ayrıldığı müəyyən edilib.
Polis bölməsindəki dindirmədən sonra ədliyyəyə aparılan şübhəli "cinsi təcavüz" maddəsi ilə həbs edilib.
Zaur, BakuPost