Bakı, 14 yanvar, AZƏRTAC
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanın ərazi kimliyi ilə bağlı açıqlamaları mübahisəlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Helsinkidə Şimali və Baltikyanı ölkələrin sammitindən sonra jurnalistlərə bildirib.
“Bütün bunlar müəyyən narahatlıq doğurur”, - deyə Baş nazir vurğulayıb.
Yanvarın 7-də Tramp qeyd edib ki, milli təhlükəsizliyi təmin etmək üçün Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır.