RU

“Bakının iki əsas tələbinə İrəvan razılıq verdi” - Abramyan

Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan rəsmi İrəvanın Bakının iki şərt-tələbinə müsbət cavab verdiyini deyib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Bakının tələblərindən biri Minsk Qrupunun ləğvi ilə bağlı idi və Baş nazir Nikol Paşinyan bir neçə gün öncə bunu icra etməyə hazır olduğunu təsdiqlədi.

İkinci tələb isə Ermənistan Konstitusiyasının dəyişdirilməsi və oradan Azərbaycana ərazi iddialarının çıxarılmasıdır ki, Abramyanın finrincə, bu haqda da bu gün ədliyyə naziri danışıb. Nazir bildirib ki, hökumət yeni Konstitusiyanın mətnini seçkilərə qədər hazır vəziyyətə gətirmək vəzifəsini qoyub.

“Hökumət əvvəllər prosesi 2027-ci ilə qədər başa çatdırmaqdan danışırdı və indi yaranmış vəziyyətə görə daha erkən tarix (2026-cı il) təyin etmək məcburiyyətindədir. Amma hələ də aydın deyil ki, Bakıda buna razıdırlar, ya yox?" – Abramyan qeyd edib./Axar.az


Telegram kanalımız
Избранный
2
2
yenisabah.az

3Источники