RU

Ermənistan XİN: Mirzoyanın Rusiyaya səfəri 2 aydan da əvvəl planlaşdırılıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya səfəri iki aydan da əvvəl planlaşdırılıb.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan bildirib.

XİN-in mətbuat katibi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun erməni həmkarının Moskvaya dəvət olunması ilə bağlı açıqlamasını belə şərh edib.

Qeyd edək ki, bu gün keçirdiyi mətbuat konfransında Lavrov Ermənistanla Rusiya arasında münasibətlərdə müəyyən çətinliklərin olduğunu, lakin dialoqun davam etdiyini, yaxın vaxtlarda Ermənistanın XİN başçısının Moskvaya səfərinin planlaşdırıldığını bildirmişdi.

Избранный
1
6
far.az

7Источники