ABŞ və Ermənistan strateji tərəfdaşlıq haqqında xartiya imzaladı
ABŞ və Ermənistan strateji tərəfdaşlıq komissiyasının yaradılması haqqında xartiya imzalayıblar. Yeniavaz.com xəbər verir ki, Vaşinqtonda baş tutan mərasimdə sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken imzalayıb. Tərəflər bildiriblər ki, strateji tərəfdaşlıq komissiyası iqtisadiyyat (energetika və innovasiyalar daxil olmaqla), müdafiə, təhlükəsizlik, demokratiyanın inkişafı və ədalət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi planını müəyyən edəcək.