RU

Ermənistan və ABŞ nüvə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqlara başlayıb - Mirzoyan

Bakı. Trend:

Ermənistan və ABŞ nüvə sahəsində əməkdaşlıq sazişi üzrədanışıqlara başlayıb.

Trend-inməlumatına görə, bunu Ermənistanın xarici işlər naziri AraratMirzoyan Vaşinqtonda ABŞ ilə strateji tərəfdaşlıq üzrə komissiyanınsənədinin imzalanması mərasimi zamanı bildirib.

Mirzoyan qeyd edib ki, Ermənistan sülh gündəminə sadiq qalmağadavam edir və ümumi məqsədə çatmaq üçün ABŞ ilə fəal əməkdaşlıqedir:

“Biz ABŞ ilə 123 Sazişi kimi tanınan nüvə sahəsində əməkdaşlıqsazişi üzrə danışıqlara başlayırıq. Bu, nüvə enerjisindən dincməqsədlərlə istifadə sahəsində əməkdaşlıq üçün zəmin yaradacaq vəən yüksək təhlükəsizlik və yayılmama standartlarına uyğun olaraqdinc nüvə inkişafına sadiqliyimizi vurğulayacaqdır. Stratejitərəfdaşlığımızın Xartiyasında təsbit olunmuş iddialı məqsədlərihəyata keçirmək üçün ABŞ-nin yeni administrasiyası ilə əməkdaşlığıdavam etdirməyə hazırıq”.

Mirzoyan, həmçinin ABŞ administrasiyasının Ermənistanlaəməkdaşlıq etməyə sadiq olduğunu və bu sahədə qarşılıqlı inamıninkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Sazişinicrası ilə Ermənistan nüvə enerji sahəsində dinc məqsədlərə doğruirəliləyəcək və enerji təhlükəsizliyi məsələlərində əməkdaşlığıgenişləndirəcək.

Избранный
1
2
az.trend.az

1Источники