Keçmiş birinci xanım Mişel Obama ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qarşıdan gələn andiçmə mərasimində iştirak etməyəcək.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 14-də "The Guardian" onun ofisinə istinadən məlumat yayıb.
“Keçmiş prezident Barak Obamanın 60-cı andiçmə mərasimində iştirak edəcəyi təsdiqlənib. Keçmiş birinci xanım Mişel Obama isə tədbirdə iştirak etməyəcək", - Obamanın ofisindən verilən açıqlamada deyilir.
Bununla belə, ofis onun Kapitoliyada keçiriləcək tədbirdə iştirak etməməsi ilə bağlı heç bir izahat verməyib.
QAZİLER.AZ