RU

NATO Baltik dənizində təhlükəsizlik missiyasına başlayır

Bu gün NATO-nun Baş katibi Mark Rütte Finlandiya Prezidenti Aleksandr Stubb və Estoniyanın Baş naziri Kristen Mihal ilə birlikdə Baltik dənizi dövlətləri sammiti keçirib.

Yenicag.az xəbər verir ki, Helsinkidə keçirilən görüşdə Mark Rütte mühüm infrastrukturun mühafizəsini gücləndirmək üçün NATO-nun yeni hərbi missiyasının fəaliyyətə başladığını elan edib. “Baltic Sentry” NATO-nun Baltik dənizində hərbi mövcudluğunu gücləndirəcək və müttəfiqlərin sabitliyi pozan hərəkətlərə cavab vermək qabiliyyətini artıracaq.

“Baltic Sentry” freqatlar və dəniz patrul təyyarələri də daxil olmaqla bir sıra aktivlərdən ibarət olacaq. Baş katib, həmçinin yeni texnologiyaların, o cümlədən kiçik dəniz pilotsuz təyyarələri donanmasının yerləşdirilməsini elan edib. Vurğulayıb ki, NATO milli müşahidə vasitələrini inteqrasiya etmək üçün müttəfiqlərlə işləyəcək. Məqsəd çox mühüm dənizaltı infrastrukturu qorumaq və lazım gələrsə, cavab vermək qabiliyyətini təkmilləşdirməkdir./Azertag/

Избранный
7
5
yenicag.az

10Источники