RU

Yeni doğulan körpəsindən narahat olduğu üçün qonşusunun qapısının altına zəhər yeridib

Qonşular arasında mübahisələr çox vaxt səs-küy, təmizlik və ya ev heyvanı ilə bağlı məsələlərə görə yaranır. Amma Tampadakı yaşayış binasında baş verənlər bu sərhədləri çox-çox kənara çıxarıb. Kimya üzrə fəlsəfə doktoru tələbəsinin qonşularını səs-küyünə görə zəhərlədiyi iddiası həm şoka, həm də dəhşətə səbəb olub.

Sfera.az hadisənin təfərrüatlarını təqdim edir.


Hər şey Xuming Li adlı kimya üzrə doktorantın şikayətləri ilə başlayıb. Qonşusu Ömər Abdullanın və ailəsinin bir ilə yaxındır çox səs-küy saldığını iddia edən Li dəfələrlə mənzil rəhbərliyinə müraciət edib.
 

Abdullah ailəsi Linin şikayətlərini ciddi qəbul edərək evdə xalça örtmək, başmaq geyinmək kimi ehtiyat tədbirləri görsələr də, Lini razı salmaq mümkün olmayıb.
 

May ayında işlər dəyişib. Abdullah ailəsi evlərində davamlı kimyəvi qoxu hiss etməyə başlayıb. Bu qoxu təkcə xoşagəlməz olmayıb, həm də Abdullanın bir neçə aylıq körpəsində gözlərin yanmasına, nəfəs darlığına, hətta qusma və saç tökülməsinə səbəb olub.


 

Kimyəvi kabusun səbəbi gizli kamera sayəsində məlum olub. Abdulla qoxunun mənbəyini öyrənmək üçün qapısının qarşısındakı bitkinin içinə gizlədilən kamera yerləşdirib.


İyunun 27-də kamera Linin qapının altından şprislə maye yeritdiyini qeyd edib. Bu görüntülərlə hadisə artıq cinayət sənədinə çevrilib.
 

Polis həmin gün Lini saxlayıb və evdə aparılan ilkin sınaqlar zamanı metadon və hidrokodon kimi opioidlərdən istifadə edildiyi aşkarlanıb. Ancaq bu maddələrin Abdullah ailəsinin yaşadığı ciddi simptomlara səbəb ola bilməyəcək qədər yumşaq olduğu anlaşılıb.


Daha əhatəli analiz başqa bir kimyəvi maddənin də oyunda olduğunu göstərir.

 


Kimyəvi qoxunun təsiri fiziki narahatlıqla məhdudlaşmayıbmış. Abdullah ailəsi hər iy dalğası ilə evi havalandırmalı olub. Ancaq körpənin inkişafına mümkün uzunmüddətli təsirlər həkimləri narahat edir.

2023-cü il iyunun 27-də həbs edilən Li “nəzarət olunan maddə saxlamaq”, “təqib” və “ağır təhdidlər” ittihamları ilə üzləşib. İyunun 29-da zaminə buraxılan Li isə ona qarşı irəli sürülən ittihamları rədd edir.


Aynil

Избранный
4
sfera.az

1Источники