Yanvarın 28-də Bakı, Moskva və Tehran arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş keçiriləcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzan Sadiq Rusiyanın nəqliyyat naziri Roman Starovoit ilə onlayn danışıqlar aparan zaman bildiriblər.
İclasda idarə rəhbərləri Rəşt-Astara dəmir yolunun tikintisi üzrə texniki və icra işlərindən danışıblar.
Söhbət zamanı həmçinin 2025-ci il üçün birgə əməkdaşlığa dair yol xəritəsinin hazırlanması və Xəzərin şərq hissəsindən istifadə üzrə əməkdaşlıq haqqında da danışılıb.