Kişi voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, 5-ci turun hər üç görüşü bu gün baş tutub
Bu turda “Gənclər” “AZERRAIL”lə, “Xilasedici” komandası MOİK-lə, “Neftçi” isə “Murov Az Terminal” klubu ilə üz-üzə gəlib.
Hər üç qarşılaşmada qalib 3 setdə müəyyən olunub.
Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları yanvarın 17-də və 18-də keçiriləcək.
Yüksək Liqa
V tur
14 yanvar
“Gənclər” - “AZERRAIL” 0:3 (16:25, 6:25, 13:25)
“Xilasedici” - MOİK 3:0 (25:14, 25:22, 25:14)
“Neftçi” - “Murov Az Terminal” 0:3 (18:25, 18:25, 21:25)