RU

Ermənistan və ABŞ strateji tərəfdaşlıq xartiyası imzaladı

Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar. 

Bakıvaxtı.az xəbər verir ki, imzalanma mərasimi Vaşinqtonda baş tutub və sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Entoni Blinken imzalayıb.

Yanvarın 8-də erməni nazir dolayısı ilə tərəflərin belə bir sənəd hazırladığını təsdiqləsə də, onun bağlanması üçün vaxt çərçivəsini açıqlamayıb. Bununla belə, bəzi qərbyönümlü fiqurlar bunu sosial şəbəkələrdə fəal şəkildə elan etmişdilər.

Maraqlıdır ki, sənədi vəzifədən gedən Bayden administrasiyası imzalayıb. Trampın rəhbərliyi altında həyata keçirilməsinin perspektivləri sual altındadır. 

Избранный
4
1
bakivaxti.az

2Источники