Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi ikitərəfli münasibətlərin bütün aspektlərini, o cümlədən müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə yönəlib, lakin hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur.
Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
"Bu, həqiqətən də hərtərəfli, hər şeyi əhatə edən sazişdir. Saziş o cümlədəntəhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva edir, lakin hərbi ittifaq yaratmaq məqsədini güdmür"- siyasətçi açıqlayıb.
Müəllif: Arzu