Türkiyənin İstanbul şəhərində bir gündə ən azı 11 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.
Doğru.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Qeyd olunur ki, 26-sı xarici ölkə vətəndaşı olmaqla ümumilikdə 38 nəfər spirtli içkidən zəhərlənərək xəstəxanalara çatdırılıb.
“Son 24 saat ərzində xəstəxanaya yerləşdirilən 38 nəfərdən 11-i dünyasını dəyişib”, – materialda deyilir.
Dekabr ayında İstanbulda 17 nəfər saxta spirtdən zəhərlənərək ölüb.
DOĞRU.AZ