RU

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb - HƏRBİ DƏSTƏYİ DƏ ƏHATƏ EDİR

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb.

FED.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinkenin Vaşinqtonda baş tutan iimzalanma mərasimi Dövlət Departamentinin "YouTube" kanalında yayımlanıb.

İlham Əliyev: "Ermənistan silahlandığına görə, biz də məcbur qalıb hərbi büdcəmizi rekord səviyyəyə qaldırmışıq" 

Blinken bildirib ki, strateji tərəfdaşlıq bir sıra sahələrdə: iqtisadiyyat, müdafiə, təhlükəsizlik, demokratiya sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsini təmin edəcək. Dövlət katibi qeyd edib ki, bu sənəd ümumi maraqlar çərçivəsində ikitərəfli münasibətlər üçün əsas olacaq. “Hazırda biz danışıqları sülhməramlı nüvə təhlükəsizliyi və nüvə enerjisi sahəsinə keçirik”, - deyə o əlavə edib. 

Blinken bildirib ki, Birləşmiş Ştatlar “Beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistan Respublikasının suverenliyinin müdafiəsini gücləndirmək niyyətindədir”. Kreml Ermənistanın ABŞ-la müqavilə imzalamaq qərarını özünün suveren hüququ adlandırıb. 

"Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, bu sənəd iqtisadi və enerji əlaqələrinin gücləndirilməsi, kommunikasiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik təsisatların gücləndirilməsi, ədalətin və qanunun aliliyinin təşviqi, innovasiya və yüksək texnologiyaların inkişafı, o cümlədən insanların əlaqələrinin genişləndirilməsi kimi bir çox sahələri əhatə edir. 

Nazir rəsmi Vaşinqtona “Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə”, eləcə də “Cənubi Qafqaz regionunda sabit və davamlı sülhün əldə edilməsinə verdiyi töhfəyə” görə təşəkkür edib.

FED.az xəbər verir ki, indiyədək Ermənistanın strateji müttəfiqi sayılan Rusiya tərəfi isə Ermənistanın ABŞ-la müqavilə imzalamaq qərarını özünün suveren hüququ adlandırıb. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdi ki, Ermənistanın ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalamaq qərarı ölkənin tamamilə suveren hüququdur . “Birləşmiş Ştatlar heç vaxt Cənubi Qafqazda xüsusilə sabitləşdirici rol oynamayıb, hətta deyə bilərik ki, əksinə. Və məhz bu hərəkətlər kontekstində, əksinə, Birləşmiş Ştatlar, əlbəttə ki, hər cür yolla getdikcə daha çox ölkəni öz arxasınca sürükləməyə çalışır”, - Peskov eyni zamanda deyib.

Erməni mediasının məlumatına görə, sənədi yanvarın 20-də istefaya gedəcək Cozef Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası imzalayıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövründə sazişin həyata keçirilməsi perspektivləri məsələsi açıq qalır.

Qeyd edək ki, İrəvan və Vaşinqton arasında ikitərəfli strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyəti hələ 2024-cü ilin iyununda elan edilmişdi.

Erməni nazir: "Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı il seçkilərinə qədər hazır olmalıdır"
Избранный
10
50
fed.az

10Источники