RU

ABŞ Kubanı "terrorizm sponsorları" siyahısından çıxaracaq

ABŞ-nin səlahiyyət müddəti başa çatan prezidenti Co Baydenin administrasiyası Kubanı terrorizmi himayə edən ölkələr siyahısından çıxarmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

ABŞ-nin yüksək rütbəli rəsmiləri agentliyə bildiriblər ki, siyasi məhbuslar, eləcə də ABŞ-nin ədalətsiz olaraq həbs edilmiş hesab etdiyi digər şəxslər də Bayden administrasiyasının sonuna kimi azad ediləcək.


Müəllif: Arzu
Избранный
11
teleqraf.com

1Источники