RU

Husilər İsraildəki elektrik stansiyasına qanadlı raketlə hücum ediblər

Yəmən husiləri İsrailin cənubundakı Eylat şəhərində elektrik stansiyasına qanadlı raketlə hücum edib.

"Report"un "Al Masirah" telekanalına istinadən verdiyi məlumata görə, bunu husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya açıqlayıb.

“Yəmən silahlı qüvvələrinin raket qüvvələri işğal altındakı Fələstinin cənubundakı Umm ər-Rəşraş bölgəsində (Eylat şəhərinin ərəbcə adı - red.) İsrailin düşmən elektrik stansiyasına qanadlı raketlə hücum edərək hərbi əməliyyat keçirib", – Səriya bildirib.

Hərbi əməliyyatın nəticələri bəlli deyil.

Избранный
1
2
report.az

8Источники