RU

“Bazar arvadından fərqlənməyən kişilərin…”

“Mən gözələm və ya çirkinəm. Nə gündəyəm və ya nəyə oxşayıram? Təbii və ya süniyəm? Əməliyyatım uğursuz olub? Çirkinləşmişəm və ya burnum əyridi, qaşım əyridi? Azadlıq istəmişəm və ya başqa səbəb? Pis və ya yaxşı anayam. Kimə nə?”.

Publika.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlinbəyova sosial şəbəkə hesabında paylaşıb. O, ünvanına tənqid yazanlara cavab verib:

“Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini məndən çox istəmirsiz. Bir ucdan bilən də, bilməyən də açıb ağzını, yumub gözünü! Mən beləyəm. Bəyənmirsən izləmə! İblis kimi insanı yeyib bitirməyin. Pul deyiləm hamı sevsin! Bu qədər aqressiyanızın, kin və nifrətinizin səbəbini də anlamıram. Şeytan xislətli qadınları hardasa anlamağa çalışıram. Amma üzü kişi olub xarakteri bazar arvadından fərqlənməyən kişilərin dərdi nədir mənimlə onu anlamıram. Məni niyə gözümçıxdıya salmısınız? Kimə pisliyim dəyib? Nəyə oxşayıramsa, oxşayım. Mən bilərəm! Əməliyyat etmişəm, yaxşı eləmişəm. Ümumiyyətlə nə etmişəmsə, yaxşı eləmişəm. Hərə çönüb özünə baxsın.

Избранный
2
10
publika.az

10Источники