RU

Salyan – Biləsuvar – Neftçala seçki dairəsində 206 nəfər ilk dəfə səsvermədə iştirak edəcək

Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində 206 nəfər ilk dəfə səsvermədə iştirak edəcək.

Bunu “Report”un Aran bürosuna 65 saylı Salyan – Biləsuvar – Neftçala seçki dairəsinin sədri Qəhrəman Cəbrayılov açıqlayıb.

Onun sözlərinə görə, bələdiyyə seçkilərində o cümlədən 80-100 yaş arasında 831 nəfər öz səsvermə hüququndan istifadə edəcək.

Qeyd edək ki, sözügedən dairədə 50 seçki məntəqəsi yaradılıb, 52 min 665 seçicinin səsvermədə iştirakı gözlənilir.

Избранный
8
1
report.az

2Источники