RU

Duqin: Putin və Trampın Ukrayna ilə bağlı danışıqları uzana bilər...

Rusiya prezidenti Vladimir Putin və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar uzana bilər...

Poliqon xəbər verir ki, bunu “Sputnik” radiosunun efirində rusiyalı ultra millətçi filosof, politoloq və sosioloq Aleksandr Duqin deyib.

“Mən Putinlə Trampın ilk görüşlərindən Ukraynadakı vəziyyətin yekun həllini gözləməzdim. Bəlkə də bu vəziyyət uzanacaq, deyə Duqin qeyd edib.

Duqinin sözlərinə görə, yalnız Putin Trampa “Ukrayna bizim “dövlətimizdir” deyə izah etdikdən sonra münaqişənin həllində “müəyyən irəliləyiş” gözləmək olar. Politoloq vurğulayıb ki, Trampın Ukrayna problemini anlaması lazımdır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dünən bildirib ki, andiçmə mərasimindən sonra Rusiya lideri Vladimir Putinlə görüşü “çox tez” təşkil etməyi planlaşdırır. Tramp əlavə edib ki, onun Ukraynadakı strategiyası daha çox Putindən asılıdır.

Qeyd edək ki, yanvarın 10-da Tramp Putinin onunla görüşməkdə maraqlı olduğunu və bunun üçün hazırlıqların getdiyini bildirib. ABŞ-nin seçilmiş prezidenti görüşün tarixini dəqiqləşdirməyib. O, tədbirin keçiriləcəyi yer və Çin sədri Si Tsinpinin görüşdə mümkün iştirakı ilə bağlı suala cavab olaraq, təfərrüatların daha sonra bilinəcəyini deyib və insanları yanvarın 20-də andiçmə mərasiminə qədər gözləməyə çağırıb.

Bundan əlavə, Tramp qeyd edib ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden və onun administrasiyası Ukrayna ilə bağlı danışıqlar zamanı çoxlu səhvlərə yol verib.

Poliqon.info

Избранный
12
poliqon.info

1Источники