Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev dünəndən etibarən sosial şəbəkənin gündəmindədir.
Belə ki, Nəsimi Ağayev ölkənin prezidenti Frank-Valter Ştaynmayerin Yeni İl münasibətilə diplomatlar üçün verdiyi qəbula "Bakı Milli Geyim Evi" tərəfindən hazırlanan Azərbaycan milli geyimində qatılıb. Onun geyimi qatıldığı tədbirdə də böyük maraq doğurub.