RU

Rusiyanın Hindistandan tozsoran alışı, demək olar, 200 dəfə artıb

Ötən ilin yanvar – oktyabr aylarında Rusiyanın Hindistandan tozsoran alışı rekord həddə – 3,86 milyon dollar səviyyəsinə çatıb.

“Report”

“RİA Novosti”yə istinadən xəbər verir ki, bu, Hindistanın Statistika və Proqramların İcrası Nazirliyinin məlumatlarından bəlli olub.

Göstəricilərə görə, alışlar öncəki ilin eyni dövrü ilə müqayisədə 193 dəfə artıb.

“Bununla yanaşı, tozsoran elektrik cihazları və avadanlıqları arasında 2023-cü illə müqayisədə əhəmiyyətli müsbət dinamika göstərən yeganə məhsul olmayıb”, – agentlik qeyd edib. Belə ki, Hindistandan elektrik generatorları üçün hissələr və mexanizmlər idxalı altı dəfə artaraq 4,21 milyon dollara, akkumulyator təchizatı iki dəfə artaraq 10,32 milyon dollara, elektrik üzqırxanları və saç kəsmə maşınları 19 dəfə artaraq 1,14 milyon dollara, elektrik su qızdırıcıları beş dəfə artaraq 11,25 milyon dollara çatıb.

Qeyd edək ki, Hindistandan rekord məbləğdə tozsoran alışı Rusiyanın Qərb sanksiyalarından yan keçmək və qərb istehsalı olan malları üçüncü ölkələr vasitəsilə əldə etmək cəhdinin göstəricisi ola bilər. Analitiklərə görə, Hindistan kimi üçüncü ölkələr vasitəsilə mallar Rusiya bazarına daxil ola bilər ki, bu da məhdudiyyətlərin təsirini minimuma endirməyə imkan verir.


Избранный
2
3
azia.az

4Источники