RU

Asif Məmmədov: “Yenidən Premyer Liqada oynamaq istəyirik”

“Qəbələ”nin kapitanı, mərkəz yarımmüdafiəçisi Asif Məmmədov əyalət klubunun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu komandasının cari mövsümün qalan hissəsinə hazırlığını dəyərləndirib:

“Hər şey yaxşıdır, hər şey qaydasındadır. Əsas odur ki, zədəli oyunçularımız yoxdur. Hava şəraiti də istədiyimiz kimidir. Hələlik, hər şey plana uyğun gedir. Qarşıda 3 yoxlama görüşümüz var. Həmin matçlardan sonra isə bizi mövsümün ikinci hissəsi gözləyir”.

Asif Məmmədov növbəti mövsümdə yenidən Premyer Liqada oynamaq istədiklərini bildirib: “Mövsümün birinci hissəsindən sonra hələ ki, istədiyimiz yerdəyik. Amma mövsümün qalan hissəsi daha çətin olacaq. Yaxşı hazırlaşıb növbəti mövsümdə yenidən Premyer Liqada oynamaq istəyirik”.

Təcrübəli yarımmüdafiəçi komandada ab-havanın yaxşı olduğunu vurğulayıb: “İstirahətimiz çox olmadı. 2 həftə dincəldik. Məşqləri bərpa etdikdən sonra ilk 3-5 gün çətinlik olur. Sonradan hər şey öz qaydasına düşür. Komandada ab-hava yaxşıdır. Yüksək əhval-ruhiyyədə qarşıdakı oyunlara hazırlaşırıq”.

Xatırladaq ki, “Qəbələ” Birinci Liqanın geridə qalmış 11 turunda topladığı 29 xalla yarış cədvəlinin birinci pilləsində qərarlaşıb. Kaxaber Sxadadzenin çalışdırdığı kollektiv 11 oyunda 9 qələbə qazanıb, 2 heç-heçə edib və məğlubiyyətsiz irəliləyir.

Избранный
7
1
arena.az

2Источники