Gürcüstanın sabiq baş naziri Georgi Qaxariyaya hücum olub.Bu barədə ölkənin 1TV telekanalı məlumat yayıb.Sabiq hökumət başçısına hücum edildiyini rəhbərlik etdiyi “Qaxariya – Gürcüstan naminə” partiyasının mətbuat xidməti təsdiqləyib.Qaxariya klinikaya yerləşdirilib. Onun burnu qırılıb(Report).Qeyd edək ki, Qaxariya 2019-cu ildən 2021-ci ilədək Gürcüstanın Baş naziri olub.