Gürcüstanın sabiq baş naziri Georgi Qaxariyaya hücum olub.
Axar.az xəbər verir ki, məlumatı Gürcüstanın 1TV telekanalı yayıb.
Hücumu sabiq baş nazirin rəhbərlik etdiyi “Qaxariya – Gürcüstan naminə” partiyasının mətbuat xidməti də təsdiqləyib.
Qaxariya klinikaya yerləşdirilib. Onun burnu qırılıb.
Qeyd edək ki, Qaxariya 2019-cu ildən 2021-ci ilədək Gürcüstanın Baş naziri olub.