RU

Qaxariya Batumidə hücuma məruz qaldı

Gürcüstanın keçmiş Baş naziri, müxalif “Gürcüstan naminə” partiyasının lideri Giorgi Qaxariya hücuma məruz qalıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı partiya öz “X” hesabında paylaşıb. 

Bildirilib ki, hadisə Batumidə qeydə alınıb. 

Partiya sözügedən hücumun siyasi motivlər əsasında törədildiyini və ölkənin hakim “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili tərəfindən təşkil edildiyini iddia edib.

Избранный
9
qafqazinfo.az

1Источники