RU

Azərbaycan XİN ABŞ səfirliyinə açıqlama verib

Bakı, TurkicWorld

Bəxtiyar Hacıyevə qarşı qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara əsaslanır və məhkəmə prosedurlarına xarici müdaxilə qəbuledilməzdir.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" səhifəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin paylaşımına cavabında bildirib.

"Maraqlıdır ki, eyni növ vergi fırıldaqçılığı və maliyyə cinayətləri Amerika Birləşmiş Ştatlarında dəfələrlə ciddi şəkildə cəzalandırılır və həbs müddəti 30 ilə qədər çata bilər, nə üçün bu ölkə digər ölkələrdə belə cinayətlərə qarşı verilən cəzadan narazıdır.

Görünür ki, belə bir yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır", - o bildirib.

Избранный
5
49
turkic.world

10Источники