RU

Ağ Evdən Türkiyəyə vacib mesaj: Biz bunu başa düşürük

Ağ Ev Türkiyənin terror təşkilatı PKK/YPG ilə bağlı təhlükəsizlik narahatlıqlarını anlayışla qarşıladıqlarını bildirib.

Publika.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi Vaşinqtonda Xarici Mətbuat Mərkəzində keçirdiyi brifinqində Co Bayden administrasiyasının xarici siyasət gündəmini dəyərləndirib.

O, istər keçid prosesi, istərsə də İŞİD-lə mübarizə çərçivəsində Suriyada baş verənləri yaxından izlədiklərini vurğulayıb.

Kirbi həm Türkiyənin təhlükəsizlik problemləri, həm də terror təşkilatı PKK/YPG ilə bağlı yanaşmalarını paylaşıb:

"Türkiyənin sərhəd boyu qanuni təhlükəsizlik narahatlıqlarını anlayırıq. Oradakı Türkiyə vətəndaşları və şəhərləri o sərhədi keçən terrorçuların hücumuna məruz qalıb. Türklərin terror hücumlarına qarşı özlərini müdafiə etmək hüququ var. Biz bunu başa düşürük və bu məsələdə türklərlə aktiv danışıqlar aparırıq”.

Избранный
2
publika.az

1Источники