AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
15 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
15 yanvar Beynəlxalq Vikipediya Günüdür:
“Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın 318 dilində mövcud olan, viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır. Azad dedikdə, “Vikipediya”dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur.
15 yanvar 1904-cü ildə Əməkdar artist Cabbar Əliyev doğulub:
Akademik Dram Teatrının aktyoru olub, filmlərdə (“Qızmar günəş altında”, “Qaraca qız” (Piri baba), “Görüş”) çəkilib.
15 yanvar 1990-cı ildə Xəzər dəniz Donanmasının bazasında uçqun baş verib:
Uçqun nəticəsində 22 nəfər dənizçi torpaq altında qalaraq həyatlarını itirib.
15 yanvar 1919-cu ildə AXC tərəfindən Zəngəzur, Cavanşir, Şuşa və Cəbrayıl qəzaları əsasında Qarabağ general-qubernatorluğu yaradılıb.