RU

Zərif illər sonra etiraf elədi – “Gizli şəkildə İrana sızıblar...”

İranın vitse-prezidenti olan Məhəmməd Cavad Zərif İsrailin vaxtilə ölkənin sentrifuqa avadanlıqlarında partlayıcı yerləşdirdiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, İran rəsmisi iddia edilən hadisənin nə vaxt baş verdiyini açıqlamayıb.

“Həmkarlarımız Atom Enerjisi Təşkilatı üçün sentrifuqa platforması almışdılar və onun içərisində partlayıcı maddələrin yerləşdirildiyi aşkar edildi”, - Zərif bildirib.

Vitse-prezident İsrailin istənilən yerə rahatlıqla sıza bildiyini də vurğulayıb:

“Əgər sionist rejim (İsrail) vasitəçilərdən birinə belə (rahatlıqla) sızırsa, onlar hər şeyi edə və istədikləri hər şeyi yerləşdirə bilərlər ki, məhz belə də oldu”.

Xatırladaq ki, MOSSAD-ın (İsrail kəşfiyyatı) keçmiş rəhbəri Yossi Koen ölkəsinin 2021-ci ildə İranın yeraltı sentrifuqa qurğusunu (Natanzda) partlatdığını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
7
teleqraf.com

1Источники