Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə azərbaycanlının başına gələn qorxunc bir hadisənin görüntüləri yayılıb. Videoda Adil Əliyev adlı soydaşımızın Rusiyada sosial media platformalarının birindəki çəkiliş zamanı qarşılaşdığı dəhşətli anlar əks olunub.
Məlumata görə, Adil Əliyev taksi sürücüsü kimi fəaliyyət göstərərkən, bir jurnalist onun avtomobilində video müsahibə almaq üçün israr edir. Soydaşımız dəfələrlə bunun təhlükəli olduğunu və avtomobilin qəzaya uğrama ehtimalını vurğulasa da, jurnalist israr edir və çəkiliş davam edir.
Hadisə isə elə canlı yayımda baş verir. Qırmızı rəngli mikroavtobus Adil Əliyevin idarə etdiyi avtomobilə arxadan çırpılır. Zərbənin gücündən avtomobilin arxa hissəsi tamamilə dağıdılır. Müsahibə zamanı Adil Əliyev təhlükəyə diqqət çəkməyə çalışsa da, jurnalist bu xəbərdarlıqlara məhəl qoymur və nəticədə soydaşımızın avtomobili böyük zərər görür.
Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və jurnalistin məsuliyyətsiz davranışı ciddi tənqid edilib. Musavat.com olaraq, soydaşımıza dəymiş ziyanın tezliklə aradan qaldırılmasını arzulayırıq.
Musavat.com hadisənin görüntüləri təqdim edir.
Musavat.com