RU

Qazaxıstanda 18 avtomobilin iştirakı ilə qəza baş verib

Almatı-Ust-Kamenoqorsk (Qazaxıstan) avtomobil yolunun 28-ci kilometrliyində 18 avtomobilin iştirakı ilə qəza baş verib.

“İki sahil” KazTAG-a istinadla xəbər verir ki, hadisə yanvarın 15-də yerli vaxtla saat 07:30 radələrində baş verib.

Qatı duman şəraitində qəzaya səbəb sürücülərin sürət həddinə riayət etməməsi və təhlükəsiz məsafəni saxlamaması olub.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
14
ikisahil.az

1Источники