Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu "Kriştiano Ronaldo gələcək karyerası ilə bağlı qərar verib.
Təcrübəli hücumçu "Əl-Nəsr" klubu ilə müqaviləni daha 1 il uzadıb.
"Operativ Media" xəbər verir ki, bu haqda insayder Nikola Skira məlumat yayıb.
Yeni müqavilə əsasən portuqaliyalı hücumçu 2026-cı ilin iyununa kimi komandada qalacaq.