RU

Cənubi Koreya Prezidenti həbs olunub

"Reuters"in məlumatına görə, dağlıq iqamətgahında həftələrdir gizlənən prezident könüllü surətdə antikorrupsiya agentliyinin ofisinə təslim olub. O, yaydığı bəyanatda diqqətə çatdırıb ki, həbs naminə 3000-dən çox polisin hazır gözlədiyi bir şəraitdə hər hansı zorakılığın baş verməməsi üçün özü belə qərara gəlib.

Xatırladaq ki, dekabrın 3-də Yun Sok Yel ölkədə müxalifəti qiyamda günahlandıraraq gecə saatlarında hərbi vəziyyət elan etmişdi. Halbuki müxalifətin üstünlük təşkil etdiyi parlament bu qərarı təsdiqləməmiş, prezident də elanı geri çəkmişdi. Nəticədə müxalifət onun impiçmenti prosesinə başlamış, dövlət başçısının həbsinə order verilmişdi.

Firudin Həmidli
AzVision.az
Избранный
4
1
azvision.az

2Источники