RU

Sallivan: ABŞ İranla danışıqlar aparmaq üçün yaxşı imkanlara malikdir...

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası İranla danışıqlar aparmaq üçün yaxşı fürsət əldə edəcək, çünki bu ölkə hazırda zəifləyib...

Poliqon xəbər verir ki, bunu ABŞ-nin hazırkı prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“İlk növbədə, İran islam inqilabından bəri hazırda ən zəif vəziyyətindədir. Tehran özünün əsas marioneti olan “Hizbullah”ın çəkindirici gücünü itirib. Əsas hərəkət bazalarından biri olan Suriyanı da itirdi. Açığını deyim ki, İran hava hücumundan müdafiə imkanlarını da itirib, iqtisadiyyatı təlatüm içindədir. Ona görə də İran zəif vəziyyətdədir. Və bu, Tehranla danışıqlar aparmaq üçün real imkanlar yaradır, eyni zamanda risklər də gətirir”, deyə Sallivan çərşənbə axşamı Vaşinqton Sülh İnstitutunda çıxışı zamanı deyib.

Sallivan qeyd edib ki, indi İranla işləmək üçün fürsəti yaranıb.

“Yeni adminstrasiyanın İranla bağlı öz mövqeyi var. Düşünürəm ki, yeni adminstrasiya diplomatiya yolu ilə İranın nüvə proqramını tam nəzarət altına ala və digər həddi aşacaq nəticələri də müzakirə etməyə çalışa bilər Ancaq bilirsiniz ki, bu fürsətdən istifadə etmək istəyib-istəməmələri yeni administrasiyanın ixtiyarındadır”, deyə Sallivan bildirib.

Poliqon.info

Избранный
2
poliqon.info

1Источники