“Lukoyl”un direktorlar şurası baş direktor Vadim Vorobyovun səlahiyyətlərinə xitam vermək qərarına gəlib. Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Məlumata görə, yanvarın 13-də bu məsələ ilə bağlı direktorlar şurasının iclası keçirilib. İclasın qərarına görə, şirkətin yeni rəhbəri Sergey Koçkurov təyin edilib. Yeni baş direktor buna qədər “Lukoyl”da Rusiyada neft və qaz hasilatı üzrə vitse-prezident vəzifəsini tutub. Qeyd edək ki, Vorobyov 2022-ci ilin may ayının sonundan “Lukoyl”a rəhbərlik edib. Belə ki, o bu vəzifədə Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovu əvəz edib. Ötən həftə Vorobyov ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına daxil edilib.