Venesuela hökuməti ekstremist qruplara dəstəyinə görə öz ərazisindəki Fransa, İtaliya və Niderlanddan olan diplomatların sayını azaldıb.
KONKRET.az xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri İvan Gil Pinto özünün “Telegram” kanalında məlumat verib: Bundan əlavə, Qərb diplomatları indi Venesuela Xarici İşlər Nazirliyindən Karakasdan 40 kilometrdən artıq məsafəyə səyahət etmək üçün yazılı icazə almalıdırlar. Venesuela hakimiyyəti hesab edir ki, diplamatlara yalnız bu şəkildə təsir etmək mümkündür. Diplomat daha sonra bildirib:“Niderland Krallığı, Fransa və İtaliya hökumətlərinin ekstremist qrupları dəstəkləməsi və daxili işlərə qarışması ilə xarakterizə olunan düşmən davranışına cavab olaraq, mən Bolivar hökuməti adından bu addımın atılmasını bəyan edirəm”.
İvan Gil Pinto vurğulayıb ki, Karakasın tələbi 48 saat ərzində yerinə yetirilməlidir.
Vəli Həsənoğlu,
KONKRET.az