RU

Ermənistan ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyaya qoşulacaq

Hurriyyet.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin ABŞ-ın rəhbərliyi altında fəaliyyət göstərən, İŞİD-ə qarşı qlobal hərbi koalisiyaya qoşulmaq niyyətində olduğunu, beynəlxalq terrorçuluğa qarşı mübarizədə iştirak edəcəyini bəyan edib.

Xəbər verdiyimiz kimi, yanvarın 14-də, Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Entoni Blinken strateji tərəfdaşlıq haqqında sənəd imzalayıblar.

Sənədin imzalanması mərasimində çıxış erən Mirzoyan Ermənistanın müstəqilliyinin, suverenlyinin və ərazi bütövlüyünün ABŞ tərəfindən "sarsılmaz şəkildə dəstəklənməsinin" İrəvanda yüksək qiymətləndirildiyini söyləyib.

Onun sözlərinə görə, "bu sənəd Ermənistanla ABŞ arasında əməkdaşlığa etibarlı təməl yaradır və bu əməkdaşlığı daha da iddialı edir".

Mirzoyan deyib: "Ümumi dəyərlərə və qarşılıqlı maraqlara əsaslanan münasibətlərimiz son illərdə mühüm inkişaf nümayiş etdirir. Bu münasibətlər elə bir yetkinlik dərəcəsinə çatıb ki, mürəkkəb geosiyasi vəziyyətdə onların strateji əməkdaşlığa çevrilməsi nəinki yerinə düşür, həm də zəruri olub".

Ermənistanın XİN rəhbəri sabit və çiçəklənən Cənubi Qafqazın bütün regional fiqurların və dünya birliyinin maraqlarına cavab verdiyini deyib.

Hürr Tərcüman

 

Избранный
1
hurriyyet.az

1Источники