RU

Putin təyyarəmizin vurulmasıyla bağlı istintaqın özünün dediyi kimi aparılması üçün Tokayevə təzyiq edibmi?..

Putin təyyarəmizin vurulması ilə bağlı bu xəyanətin üstünü açmasa, bir siyasi lider kimi öz imicini tam itirəcək... Çünki Rusiyaya Azərbaycanın tranzit yollarının işləməsi lazımdır. Bu yollar isə ilk növbədə Zəngəzurdan keçir...”
 
Siyasi analitik Tahir Cəfərli Moderator.az əməkdaşı ilə qısa telefon söhbətində dekabrın 25-də Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən Bakı-Qroznı reysi ilə uçan Azərbaycan təyyarəsinin vurulması ilə bağlı bəzi diqqətçəkən sualları cavablandırıb:
(Əvvəli burada:)
 
- Tahir müəllim, Rusiyanın baş diplomatı Lavrov son açıqlamasında deyir ki, Rusiya səmasında vurulmuş Azərbaycan təyyarəsinin “qara” qutularını açmışıq(!) və onlar “məzmunu artıq çoxlu maraqlı məlumatlar təqdim edib. Onların məzmunu bizi bir daha əmin edir ki, tam hüquqlu araşdırmanı gözləmək lazımdır”...
Tutaq ki, istintaq başa çatdıqdan sonra Putin rejimi hansısa bir hissə komandirini, hansısa bir dispetçeri və s. cəzalandırdı, bəs Azərbaycan sərnişin(!) təyyarəsinin Qroznı ətrafında və həmin dəqiqə, saatlarda planet üzrə avia-uçuşları izləyən məşhur saytların da göstərdiyi kimi, eniş-uçuşların olduğu azı 5 normal hava limanına enişinə icazə verilməməsini necə əsaslandıracaq?
 
-“Qara” qutu, sözsüz ki, təyyarəmizin vurulduğunu göstərəcək. Və əlbəttə ki, istintaq bitəcək. Nəticədə bir neçə hərbi hava qüvvələri generalı və yaxud yüksək zabitlərini də həbs də edəcəklər. Lakin bununla məsələ bitməyəcək. Putin Azərbaycan təyyarəsinin vurulması ilə bağlı bu xəyanətin üstünü açmasa, bir siyasi lider kimi öz imicini itirəcək. Çünki Putinə Azərbaycanın tranzit yollarının işləməsi lazımdır. Bu yollar isə ilk növbədə Zəngəzurdan keçir...
 
-Necə düşünürsüz, Putin “qara qutu”dakı məlumatların təhrif edilməsi üçün öncədən Braziliyaya təzyiq edə bilərdimi? Bəs, ümumiyyətlə, istintaqın Kremlin dediyi kimi aparılması üçün Qazaxıstana- onun lideri Tokayevə təzyiq imkanları varmi?
 
-Putin niyə Braziliyaya və yaxud Tokayevə təzyiq göstərməlidir? Hamıya hər şeyin aydın olduğu bir vaxtda... Bu, gülünc fərziyyədir. Həm də ona görə ki, Zəngəzur dəhlizinin işləməməsi təkcə Rusiyanın deyil, elə Qazaxıstanın da zərərinədir. Çin boyda ölkəni öz tranzitinə cəlb etmiş Tokayev onların yüklərini Zəngəzurdan keçirməyi qarşısına geo-siyasi məqsəd kimi qoyub. Və bu cür yollarla o, ölkəsini tezlıklə ən qüdrətli türk dövlətlərindən birinə çevirəcək... 
 
Allah bir daha təyyarə qəzasında həlak olan insanlara rəhmət eləsin!.. Bilməliyik ki Azərbaycanı çirkin oyunlara qatmaq istəyirlər. Bununla belə, biz prezidentimizin balanslaşdırılmış siyasəti nəticəsində bütün bəlalardan uzaq olacağıq...
 
Избранный
2
moderator.az

1Источники