RU

Cənubi Koreya Prezidenti həbs olundu

Cənubi Koreya Prezidenti Yun Seok Yeolun işi üzrə müstəntiqlər onu saxlayıb və dindirilmək üçün yaşadığı evdən aparıblar.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Renhap” agentliyi məlumat yayıb. Yüksək vəzifəli şəxslər barəsində Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi bildirib ki, Yun barəsində əvvəllər verilmiş həbs orderi səhər saat 10:33-də (Bakı vaxtı ilə 05:33) icra olunub. Yoon Seok Yeol özü bildirib ki, ona qarşı qanunsuz istintaqa baxmayaraq, dindirilmək qərarına gəlib.

2024-cü ilin dekabrında parlament Yun Seok Yeol siyasi rəqibləri ilə mübarizə üçün dekabrın 3-də hərbi vəziyyət tətbiq etməyə cəhd etdikdən sonra onu hakimiyyətdən uzaqlaşdırmışdı. Daha sonra məhkəmə dekabrın 3-də hərbi vəziyyət elan etməkdə, üsyan təşkil etməyə cəhddə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Yun Seok Yeol barəsində həbs qərarı çıxarmışdı.

Избранный
2
manset.az

1Источники