RU

Əndazədən çıxan YAS MƏRASİMLƏRİ – Bir ölüyə nə qədər XƏRC çəkilir? – ARAŞDIRMA

Hamının öləcəyi həqiqəti bizi ölümlə barışmağa vadar edir. Yaxınlarını itirənlər də bu həqiqətə sığınaraq təsəlli tapırlar.


Son illər ölkəmizdə yas mərasimi ilə bağlı təşkilatı məsələlərə çox vaxt sərf olunduğu üçün yaxınını itirənin heç bir təsəlliyə ehtiyacı qalmır. Yəni bu məsələlər çox baş qatdığından insan doğmasının yoxluğunu dərindən hiss edə bilmir. Hər il də bu proses genişlənib, əndazədən çıxır. Belə ki, ölünü dəfn etmək üçün xüsusi dəfn maşını, müxtəlif ölçüdə və materialda qəbir daşları, VİP mərasim evləri və s. mövcuddur.
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir ərazidə təmtəraqlı yas mərasimləri QADAĞAN EDİLDİ 


Yas adətləri də lazımlı və lazımsız, vacib və ya qeyri-vacib olmaqla iki yerə bölünür. Əvvəllər dünyadan köçən öz evində, həyətində doğmaları, yaxınları ilə xatırlanardı. İndi isə tələblər artıb, artıq yas məclisləri də toylarda olduğu kimi xüsusi məkanlarda və ya yas çadırlarında təşkil olunur.

Bizim.Media-nın əməkdaşı yas mərasim evlərinin qiyməti ilə maraqlanıb.

Yas mərasimlərinin keçirilməsi üçün çadırların kirayəsi ilə məşğul olan həmsöhbətimiz Bizim.Media-ya deyib ki, kirayə çadırların qiyməti ünvana görə dəyişir.

“Hazırda sadə çadırların bir günlük kirayəsi 500 manatdan başlayır. VİP çadırların bir günü isə 1700-2000 manatdır. Bu çadırlarda mövsümə uyğun istilik və soyutma sistemləri mövcuddur. Yemək bizdən olarsa, əlavə olaraq 14 manat ödəməli olurlar. 14 manata çay, qoğal, xurma, konfet, badambura, plov, aş-qara, pomidor-xiyar salatı, dovğa və çörək daxildir”.

Digər çadırlarda da qiymət təxminən eynidir.

Çadırların kirayəsi ilə məşğul olan digər vətəndaş da bir günlük sadə çadırın qiymətinin 550-600 manat təşkil etdiyini bildirib:

“Bura qab-qaşıq, stol-stul və bir neçə işçi - bir nəfər qabyuyan, bir nəfər çayçı və ofisiantlar daxildir. VİP çadırların bir günü isə 1800 manatdır”.

Məscidlərin mərasim zallarında da durum eynidir.

“Təzəpir” məscidindən bildirdilər ki, qiymətlər adambaşına 17 manatdan başlayır:


“Aş bir cür qara ilə 17 manatadır. İki cür qara olarsa, qiymət 20 manat edir. Yəni ya səbzi, ya dolma, ya da fisincan olur. Çay, limon, qənd, xurma, noğul, qoğal, kətə, badambura, meyvə və halva da menyunun içərisindədir”.

Müsəlman adəti ilə mərhumun (mərhumə) 3, 7, 40, bəzən isə cümə axşamları keçirilir. Bir günü 100 nəfərlik qonaqla sadə çadırda sadə menyu ilə hesablasaq təxminən 2 min manat edir. Yuxarıda sadalanan mərasimlər təşkil olunmaqla təqribən 14 min manat vəsaitdən söhbət gedir.

Günay Şahmar, Bizim.Media

Избранный
3
1
bizim.media

2Источники