RU

Netanyahunu hədələdi: Bu razılaşmanı imzalasan...

İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir baş nazir Binyamin Netanyahunun Qəzzada atəşkəsə və girovların azad edilməsinə razılaşacağı təqdirdə istefa verəcəyini bəyan edib.

Publika.az xəbər verir ki, nazir bu barədə sosial mediada açıqlama verib.

O, atəşkəsin tətbiqinin qarşısının alınmasının İsrailin HƏMAS-a təslim olmasının qarşısını almaq üçün yeganə şans olduğunu vurğulayıb.

Nazir həmçinin İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriçi də “HƏMAS-a təhlükəli təslim” kimi qiymətləndirdiyi atəşkəs razılaşmasının qarşısını almaqda ona qoşulmağa çağırıb.

Избранный
2
publika.az

1Источники