RU

RUSLAR UKRAYNANIN BÜTÜN ƏRAZİSİNƏ RAKET HÜCUMU EDİB

Bu gün yanvarın 15-də səhər saatlarında raket təhlükəsi ilə əlaqədar bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı edilib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, "Kh-101" raketləri TU-95MS bombardmançılarından buraxılıb. Bundan başqa, “Kalibr” raketləri Qara dənizdən Xerson vilayətindən uzağa da keçib. Rusiya həm də "Kinjal" raketləri və ballistika ilə hücuma keçib. Raketlərin böyük əksəriyyətinin Ukraynanın qərbinə doğru yönəldiyi bildirilir. Səhər saat 7:19-da isə Lvov OVA-nın rəhbəri Maksym Kozytskyi Telegram-da bildirib ki, bölgəyə ən yaxın qanadlı raketlər Xmelnitski vilayətinin hava məkanında aşkarlanıb. 

Yanvarın 15-nə keçən gecə Ukrayna Hərbi Hava Qüvvələri Rusiya Federasiyasının Murmansk vilayətindəki Olenya aerodromundan Rusiya "Tu-95MS" qrupunun havaya qalxması barədə məlumat verib.

Избранный
3
tezadlar.az

1Источники