RU

İran Avrasiya İqtisadi İttifaqı ilə ticarət rüsumlarını ləğv edəcək

Bakı. Trend:

İranın Avrasiya İqtisadi İttifaqı ilə ticarət sazişinin qüvvəyəminməsi ilə ticarət rüsumları ləğv olunacaq.

Trend-inməlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçiyerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran və Avrasiya İqtisadi İttifaqı arasındasərbəst ticarət sazişi imzalanıb. Bu sazişi son vaxtlar İranparlamenti ratikifasiya edib. Son mərhələdə isə İranınKonstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir. Buşurada da hər hansı bir problemin yaşanacağı gözlənilmir.

Araqçi bildirib ki, daha aydın şəkildə söylənərsə, İran vəAvrasiya İqtisadi İttifaqı arasında saziş çərçivəsində İran vəRusiya arasında təxminən 900 növ məhsulla bağlı rüsum sıfıraendiriləcək.

Qeyd edək ki, 22 dekabr 2024-də İran parlamenti İran və Avrasiyaİqtisadi İttifaqı arasında sərbəst ticarət sazişini ratifikasiyaedib.

25 dekabr 2023 tarixində Rusiyanın Sankt-Peterburq şəhərindəİran və Avrasiya İqtisadi İttifaqı arasında sərbəst ticarət sazişiimzalanıb. Yeni imzlanan sazişin qüvvəyə minməsindən sonra ticarətdövriyyəsinin 5-7 il ərzində 18-20 milyard dollara çatacağıproqnozlaşdırılır.

Избранный
3
az.trend.az

1Источники