RU

Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət kataloq nəşr olunub

Bugünlərdə “Postmodern” nəşriyyatında görkəmli Azərbaycan rəssamı Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət “Anlam” adlı kataloq-albomu işıq üzü görüb. 96 səhifəlik kataloqda rəssamın son illərdə yaratdığı əsərlər yer alıb.

 

AzEdu.az xəbər verir ki, nəşr müəllifin ön sözüylə başlayır.

 

Rəssam qeyd edir ki, sərgi salonları, teatrlar, kino zalları, kitabxanalar, bir sözlə, sənət ocaqları – dünyəvi insanların məbədidir: “Fikrimcə, rəsm əsəri tamaşaçıyla danışmalı, özünü ona izhar etməli, tablo ilə seyrçi arasında hansısa anlaşılmazlıq qalmamalıdır. Ona görə bu albomda görəcəyiniz əsərlərimi mümkün olduqca “danışdırmışam”, ən dərin anlamları onlara yükləmiş, düşüncə və duyğularımı tamaşaçılara sadə yolla çatdırmağa çalışmışam".

 

Albomun sonunda rəssam haqqında bilgilər yer alır.

 

Qeyd edək ki, S.Soltanlı 1997-ci ildən ölkəmizi rəssamlıq üzrə beynəlxalq yarışma, festival və sərgilərdə əsərlərilə təmsil edir.

 

Rəssam çoxlu beynəlxalq mükafatlar qazanıb, əsərləri dünyanın 50-dən çox ölkəsindəki muzey və şəxsi kolleksiyalarda yer alır.  

 

Kataloqu “Əli və Nino” kitab mağazalar şəbəkəsindən əldə etmək olar.  

Избранный
2
azedu.az

1Источники